Almaniya hava limanlarında terror təhlükəsi xəbərdarlığı edilib
21 Dekabr 2018 11:49 DünyaAlmaniyada terrorçuluqda şübhəli bilinən dörd nəfərin axtarışı ilə əlaqədar olaraq ən böyük 14 yerli hava limanında ictimai təhlükəsizlik üçün təhlükə barədə xəbərdarlıq edilib.
Bu barədə Bavariyada dərc olunan "Merkur" qəzeti yazıb.
"Bild" qəzetinin məlumatına görə, onların arasında Avropanın 10 ən böyük hava limanı siyahısına daxil olan Frankfurt Mayn vəMünxen, həmçinin Berlin, Hamburq və Leypsiq aeroportları var.
"Merkur" yazır ki, şübhəlilər Almaniyanın cənub-şərqindəki hava limanlarından birinə planlaşdırılan mümkün hücum ilə bağlı axtarılırlar.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31