Əfqanıstanda "Taliban" silahlıları 10 əsgəri girov götürüb
21 Dekabr 2018 11:33 DünyaRadikal "Taliban" hərəkatının silahlıları Əfqanıstanın şimal-şərqindəki blokposta hücum edərək ordunun 10 əsgərini girov götürüb.
"TOLO News" telekanalının yerli təhlükəsizlik xidmətinin nümayəndəsinə istinadən verdiyi məlumata görə, hücum dünən gecə saatlarında Bədəhşan vilayətinin inzibati mərkəzi olanFayzabad şəhəri ətrafında baş verib.
Hadisə "Taliban" və ölkənin hökumət nümayəndələri arasında danışıqlar fonunda baş verib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31