Türkiyədə 1911-ci ildə tikilən məscid yanıb

Türkiyənin Giresun ilinin Boztekke kəndində 1911-ci ildə tikilən məscid yanıb.

Taxtadan olan məscid yanğın nəticəsində yararsız hala düşüb. Məsciddə bərpa işləri aparılırdı. Sakinlərin yanğının qarşısını almaq cəhdləri uğursuz olub.

Yanğının səbəbləri məlum deyil.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31