ABŞ-dan Gülnarə Kərimova ilə bağlı QƏRAR

ABŞ-ın Özbəkistanın mərhum prezidentini İslam Kərimovun qızı Gülnara Kərimovaya tətbiq etdiyi sanksiyaların müddəti uzadılıb.

Publika.az xəbər verir ki, bu barədə Özbəkistanın yerli mətbuatı informasiya yayıb.

Məlumata görə, ABŞ-ın qara siyahısında olan 13 nəfərin, onlarla əlaqədar 39 fiziki şəxs və şirkətin sanksiya müddəti uzadılıb.

Məsələ ilə bağlı Özbəkistan Baş Prokurorluğu açıqlama yayıb. Açıqlamada bildirilir ki, Gülnara Kərimova vergidən yayınmaqda və soyğunçuluqda ittiham olunaraq beş il müddətinə azadlıqdan məhrum edilib. Hazırda isə cəzasını çəkir.

Qeyd edək ki, ABŞ Gülnara Kərimovaya qarşı 2017-ci ilin dekabrında bir il müddətinə sanksiya tətbiq etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31