Albaniyanın baş naziri yumurta atəşinə tutulub
20 Dekabr 2018 19:15 DünyaAlbaniyanın baş naziri Edi Rama parlamentdə müzakirələr zamanı yumurta atəşinə tutulub.
Ölkə parlamentində tələbələrin etiraz aksiyaları ilə bağlı müzakirələr davam edir.
Müzakirələr zamanı baş nazir çıxış edərkən müxalif deputatlar ona yumurta atıblar.
İnsidentlə əlaqədar parlamentin iclası yarımçıq dayandırılıb.
Qeyd edək ki, dekabrın əvvəlindən paytaxt Tiranada və digər şəhərlərdə təhsil haqqının azaldılması tələbi ilə tələbələrin etiraz aksiyaları davam edir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31