Ukrayna Ali Radasında deputatlar əlbəyaxa olublar - VİDEO
Ukrayna Ali Radasının deputatları arasında kütləvi dava baş verib.
20 Dekabr 2018 17:48 DünyaUkrayna Ali Radasının deputatları arasında kütləvi dava baş verib.
"NewsOne" telekanalının yayımladığı videokadrlarda deputatların bir-birinin üzərinə yumruqla hücum etdiyi görünür. Qarşıdurmanın səbəbkarları deputatlar - Yuri Beryoza və Nestor Şufriç olub.
Belə ki, N.Şufriç tribunada siyasətçi Viktor Medvedçukun tənqid edildiyi plakatın asılmasına narazılığını bildirib. O, posteri qopartmasından sonra həmkarı Y.Beryoza ona hücum edib. Ardından iki deputatın qarşıdurması kütləvi davaya çevrilib və bundan daha çox deputatYuri Boyko əziyyət çəkib.
Dava Ukrayna Pravoslav Kilsəsini adından məhrum edə biləcək qanuna görə səsvermədən sonra baş verib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31