Ermənistanda hökumət binası qarşısında etiraz aksiyası keçirilib
20 Dekabr 2018 17:44 DünyaErmənistanın iri müəssisələrindən olan "Nairit" kimya zavodunun müflis olması səbəbindən işsiz qalan insanlar hökumət binası qarşısında etiraz aksiyası keçirərək pozulmuş hüquqlarının bərpasını tələb ediblər.
Etirazçılar zavodun öz əməkdaşlarına 15 milyon dollardan çox borcunun olduğunu bildiriblər. Bu məbləğ artıq dördüncü ildir ödənilmir. Hökumətə dəfələrlə müraciət olunsa da, fəhlələrin tələbi yerinə yetirilmir.
Zavodun əməkdaşları məsələ ilə bağlı beynəlxalq məhkəməyə də müraciət ediblər. Hökumət binası qarşısında toplaşanlar rəsmilərlə görüş tələb ediblər. Lakin onların cəhdləri cavabsız qalıb. Etirazçılar heç yerdə iş tapa bilməmələrindən şikayətləniblər. Hökumətin başı isə vəzifə bölgüsünə qarışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31