“ABŞ xəncəri kürəyimizdən vurdu” - Kürdlərdən Trampa etiraz
20 Dekabr 2018 18:02 DünyaKürdlərin Demokratik Suriya Qüvvələri (DSQ) ABŞ-ın Suriyadakı qoşunlarını geri çəkməsi haqda bəyanat yayıb.
DSQ ABŞ-ı xəyanətdə ittiham edib.
Bəyanatda deyilir: "Bu, bir xəyanətdir. ABŞ xəncəri kürəyimizdən vurdu".
Qeyd edək ki, Suriyanın ərazisinin təxminən 27%-i DSQ-nin nəzarətindədir. Kürd qüvvələri ABŞ-ın başçılıq etdiyi anti-İŞİD Koalisiyası Haseke və Raqqa bölgələrini İŞİD terror təşkilatının nəzarətindən çıxarmışdı.
Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp Suriyadak ABŞ hərbi qüvvələrinin çıxarılacağını açıqlayıb.
Pentaqon isə bəyanat yayaraq, çıxarılma prosesinin başladığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31