Tuncelidə PKK-nın 1 kilometrlik tuneli tapıldı - Türklər əməliyyata hazırlaşır
20 Dekabr 2018 16:32 DünyaQara dənizdən Tunceliyə qaçan 6 terroristin gizləndiyi mağaranın PKK-nın önəmli logistik bazası olduğu aşkarlanıb.
1 kilometrlik tunelin olduğu mağarada 5 PKK, 1 MLKP üzvünün olduğu 30 terroristin gizləndiyi məlum olub. Girişi tutan jandarma özəl hərəkat qrupları əməliyyata hazırlaşır.
Hava və quru yolları ilə mağaranı alt-üst edilməsi isə an məsələsidir.
Əsgərlər PKK-nın dağ komandasında illərlə işlədikdən sonra razı salınaraq təslim olan bir terroristin dedikləri ilə yeni məlumat əldə edib. Onun dediyinə görə həmin tunelin çıxışında uçurum var. Qaçmaq şanslarının olmadığı mağaraya əməliyyat üçün hazırlıqlara başlayıblar.
Əraziyə cəlb olunan təhlükəsizlik qüvvələri cümə günündən bu vaxta qədər mağaranın girişini bağlayıblar. Giresun, Trabzon və Gümüşhanedə keçirdiyi əməliyyatlarla PKK-nın Qara dəniz dəstəsini çökdürən mağara və sığınacaq mövzusunda peşəkarlaşan qüvvələr terroristləri təslim olmaq üçün razı salmağa çalışır. Razı olmasalar, mağara terroristlərin başına yıxılacaq.
AzNews.az