Avtobus yolda yandı - VİDEO

Qazaxıstanın ən böyük şəhərində sərnişinlə dolu avtobus hərəkətdə olarkən alışaraq yanıb.

Hadisənin videosu sosial şəbəkədə paylaşılıb.

Alışma anı videoqeydiyyat kamerasının yaddaşına həkk olunub.

Kadrlardan aydın görünür ki, alışaraq yanmağa başlayan avtobus yolun ortasında dayanır və adamlar onun içərisindən çıxaraq qaçırlar.

Yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə, bu daşıma ilə məşğul olan şəxsi avtobus olub. Yanğının səbəbləri araşdırılır.(oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31