Afrikanı internetlə təmin etmək üçün 25 milyard dollar ayrılacaq

Ümumdünya Bankı 2030-cu ilədək Afrika ölkələrinin internetə çıxışını təmin etmək məqsədi ilə Afrikada informasiya texnologiyalarının inkişafına 25 milyard dollar məbləğində sərmayə qoymaq niyyətindədir.

Ümumdünya Bankı Afrika qitəsinin hər bir sakininin internetə çıxışını təmin etməyi öz qarşısına məqsəd qoyub.

"Afrika üçün Rəqəmsal sıçrayış" adı altında biznes və dövlət xidmətlərinin internetə qoşulmasını nəzərdə tutur.

Qeyd edək ki, Ümumdünya Bankı inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki kömək göstərmək üçün təsis edilmiş beynəlxalq maliyyə təşkilatıdır.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31