Ermənistan İctimai Radiosunun icraçı direktoru istefa verməyə məcbur edilib
20 Dekabr 2018 15:30 DünyaErmənistan İctimai Radiosunun icraçı direktoru Mark Qriqoryanı istefa verməyə məcbur ediblər.
Bu barədə o, "Facebook" səhifəsində yazıb.
"Onlar mənim otağıma soxulub istefa verməyimi tələb etdilər. Səbəbini soruşduqda "hamısı orada yazılıb" dedilər. Mən imzasız kağıza qol çəkməyəcəyimi söylədim. Sonra hay-küy səsləri eşitdim. Onlarla danışmağın mənasız olduğunu gördüm. Bütün bunlar mənə çox iyrənc göründü. Fiziki olaraq iyrəndim. Bir neçə saatdan sonra istefa ilə bağlı ərizəmi yazdım", - deyə Mark Qriqoryan bildirib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31