ABŞ YPG-yə silah daşıyan TIR-ları geri çəkdi

ABŞ-ın Suriyadan qoşunlarını çıxaracağını elan etməsinin ardından əvvəllər YPG-PKK terrorçularına silah daşıyan onlarla TIR ölkədən ayrılmağa başlayıb.

Sözügedən qərar çərçivəsində ötən gecə Suriya-İraq sərhədində hərəkətlilik müşahidə olunub.

Məlumata görə, gecə saat 23:00 radələrindən etibarən TIR-lar İraq sərhədi istiqamətində yola düşüb. TIR-ların bölgəni tərk etməsi üçün elektrik enerjisinin kəsildiyi gecə saatları seçilib. Ölkədən çıxan TIR-larda tikinti texnikası və mina təmizləyən aparatların olduğu müşahidə edilib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31