Türk alim Kolumbiyada itkin düşüb
Kolumbiyaya bir elmi seminar üçün ezamiyətdə olan türkiyəli Professor Ramazan Gencaydan bir həftədir ki, xəbər alınmır. Ramazan Gencayın ən son 6 dekabr tarixində Medelyin şəhərindəykən ailəsiylə əlaqə saxladığı bildilir. Professorun ayın 7 və 8-də də kredit kartından istifadə etdiyi müəyyən edilir.
14 Dekabr 2018 18:32 DünyaKolumbiyaya bir elmi seminar üçün ezamiyətdə olan türkiyəli Professor Ramazan Gencaydan bir həftədir ki, xəbər alınmır.
Ramazan Gencayın ən son 6 dekabr tarixində Medelyin şəhərindəykən ailəsiylə əlaqə saxladığı bildilir. Professorun ayın 7 və 8-də də kredit kartından istifadə etdiyi müəyyən edilir.
Alimin 28 noyabrda Medelyin şəhərinə EAFİT Universitetinin təşkil etdiyi elmi seminarda iştirak etmək üçün gəldiyi və bir neçə gün şəhərdə qalmağa qərar verdiyi deyilir. Ancaq 6 dekabrdan etibarən onunla bütün əlaqələrin kəsildiyi xəbəri gəlib. Olayla Türkiyənin Boqota Səfirliyinin ciddi şəkildə məşğul olduğu ve yerli əlaqədar təşkilatlarla sıx bir şəkildə hərəkət etdiyi bildirilir. Polis hazırda Ramazan Gencasyın yerinin müəyyən edilməsi istiqamətində operativ hərkətlərə davam edir.
Mehdi