Bir ildə 22 milyon qazanıb - Birinci odur
14 Dekabr 2018 18:42 DünyaNüfuzlu "Forbes" jurnalı 2018-ci ildə ən çox pul qazanan modellərin adlarını açıqlayıb. Siyahıda amerikalılar üstünlük təşkil edib, əksəriyyəti "Viktoriya Sekret" brendinin simalarıdır.
Birinci sırada məşhur model 22.5 milyon dollar gəliri ilə Kendal Jennerdir.

Siyahıda ikinci Karlie Klossdur. O, bu il 13 milyon dollar gəlir əldə edib.

Üçüncü isə məşhur model Chrissy Teigendir. O, bu il 11.5 milyon dollar pul qazanıb.

Rosie Huntington-Whitely isə 11.5 milyon dollar qazancı ilə dördüncü sırada qərarlaşıb.

Beşinci sırada isə 10 milyon dollar gəliri ilə Gisele Bundchenir.
.jpg)
qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31