Kosovo ordu yaradır

Kosovo parlamentinin deputatları ölkənin təhlükəsizlik qüvvələrinin tammiqyaslı silahlı qüvvələrə çevrilməsi haqqında qanun layihələri paketini təsdiqləyib.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata əsasən, parlamentdə keçirilən sessiyada "Müdafiə Nazirliyi", "Kosovo Təhlükəsizlik Qüvvələri" və "Kosovo Təhlükəsizlik Qüvvələrində xidmət" haqqında  qanunlar paketi ikinci oxunuşda qəbul olunub.

Qanun layihəsinin lehinə 105 deputat səs verib. Təhlükəsizlik qüvvələrindən Silahlı qüvvələrə keçid prosesinin yekunlaşmasından sonra Prişitanın sərəncamında beş min hərbçinin (+ üç min ehtiyatda olan hərbçi) olacağı bildirilir.

Kosova hökuməti ordunun yaradılması ərəfəsində Balkanlarda qeyri-sabitliyin yaranacağı ilə bağlı xəbərdarlıq etmişdi.

Bu arada, NATO-nun baş katibi Yens Stoltenberq Kosovo parlamentinin qəbul etdiyi qanunlar paketinə münasibət bildirib. NATO rəhbəri alyansın ölkənin bu qərarına heyfsiləndiyini dilə gətirib.

"NATO-nun narahatlıqlarına rəğmən, onların bu qərarı qəbul etməsinə təəssüflənirik", - deyə Stoltenberq vurğulayıb. O, eyni zamanda, Balkan ölkələrini regionda vəziyyəti gərginləşdirən addımlardan qaçmağa çağırıb.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31