Ermənistanda qorxunc yanğın: 3 ölü - VİDEO
11 Dekabr 2018 12:21 DünyaErmənistanın Lori vilayətinin Stepanavan şəhərində güclü yanğın baş verib.
Publika.az "news.am" saytına istinadən xəbər verir ki, yanğın nəticəsində 3 nəfər ölüb.
FHN mətbuat xidmətinin məlumatına görə, dekabrın 11-də saat 06:33 radələrində taxta evdə yanğın haqqında siqnal daxil olub. Hadisə yerinə gələn yanğınsöndürənlər evdən 36 yaşlı Vaanuş Akopyan və 59 yaşlı Anuş Balasanyanın meyitlərini çıxarıblar. 26 yaşlı David A. və 12 yaşlı Qriqor Qriqoryan xəstəxanaya yerləşdirilib. Yeniyetmə xəstəxanada ölüb. Onların tüstüdən zəhərlənərək öldüyü bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31