Yaponiya ABŞ desantlarının axtarışını dayandırdı

Yaponiya qırıcı-bombardir F/A-18 və nəqliyyat təyyarəsi KC-130-un toqquşması nəticəsində itkin düşən 5 amerikalı desantın axtarışlarını dayandırıb.

Müdafiə Nazirliyi Sahil Müfahizə Xidmətinin müraciəti ilə 6 günlük axtarış əməliyyatının dayandıdırdığını açıqlayıb. Axtarışda 31 təyyarə və 11 gəmi iştirak edib.

Qeyd edək ki, qəza 6 dekabrda baş verib. Xirosimadan cənub-qərbdə yerləşən ABŞ dəniş piyadalarının bazasından plana uyğun təlim uçuşu keçirərkən baş verən qəzada qırıcıda 2 pilot, təyyarədə 5 desant olub. Pilotlar tapılıb, ancaq onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Təyyarədəki 5 pilot isə itkin sayılır.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31