Bu ölkədə inflyasiya bir milyon faizi keçdi
11 Dekabr 2018 12:25 DünyaVenesuelada inflyasiyanın illik göstəricisi noyabrın sonunda 1.300.000%-ə çatıb.
Bu məlumatı Venesuela parlamenti yayıb. Parlament inflyasiyanın sentyabr ayında 228%, oktyabrda 148%, noyabrda isə 144% artdığını bildirib.
"Röyter" agentliyi isə artıq Beynəlxalq Valyuta Fondunun Venesueladan iqtisadi məlumatlarını paylaşmasını istəyib.
Qeyd edək ki, bundan öncə BVF Venesuelanın öz maliyyə siyasətini dəyişməyəcəyi halda inflyasiyanın 1.000.000%-ə çatacağı haqqında xəbərdarlıq yaymışdı. Oktyabrda isə BVF bu ölkədə inflyasiyanın gələn il 10000000% təşkil edəcəyini, ÜDM-nin 5%, iqtisadi artım tempinin 18% azalacağını proqnozlaşdırmışdı.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31