Türkiyə Qara dənizdə yeni hərbi baza yaradır
11 Dekabr 2018 12:22 DünyaTürkiyə Hərbi Dəniz Qüvvələrinin komandanlığı 9-cu dəniz bazasını Şərqi Qara dənizdə quracaq.
Baza Trabzon şəhərinin 40 kilometrliyində yerləşən Çamburnu limanında qurulacaq. Hərbi baza freqat, sualtı qayıq və hücum katerlərinə lojistik dəstək verəcək. Bundan başqa, hərbi bazada 400 hərbçi və 200 mülki işçi işləyəcək.
Qeyd edək ki, Türkiyə Hərbi Dəniz Donanmasının 8 dəniz bazası var.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31