Fransada keçirilən aksiyalarda 4000-dən çox etirazçı saxlanılıb

Fransanın hüquq-mühafizə orqanlarının əməkdaşları "sarı jiletlilər" hərəkatının başlanğıcından bu günə kimi keçirilən aksiyalarda 4523 etirazçını saxlayıb. Bu barədə BFMTV telekanalı polisdəki mənbəyə istinadən məlumat yayıb.

Fransanın hüquq-mühafizə orqanlarının əməkdaşları "sarı jiletlilər" hərəkatının başlanğıcından bu günə kimi keçirilən aksiyalarda 4523 etirazçını saxlayıb.

Bu barədə BFMTV telekanalı polisdəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilir ki, onlardan 4099 nəfəri həbs edilib. Telekanalın açıqladığı rəqəmlər ölkənin bütün ərazisinə aiddir və 24 günü əhatə edir. Bildirilir ki, etirazçıların polis tərəfindən saxlanılması təkcə şənbə günü keçirilən aksiyaların gedişində deyil, həm də adi günlərdə baş verib.

"Sarı jiletlilər"in narazılıq aksiyası noyabrın 17-də benzinin qiymətinin artımı ilə əlaqədar başlayıb və bundan sonra genişlənib. Fransa prezidenti Emmanuel Makronkütləvi etiraz aksiyaları ilə əlaqədar ölkədəfövqəladə vəziyyət elan edib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31