BMT: Yəmən əhalisinin 70 faizi aclıq çəkir
11 Dekabr 2018 12:10 DünyaDünyada aclıqdan ən çox əziyyət çəkən Yəməndə humanitar vəziyyət pisləşir. Ölkədə yardıma ehtiyacı olan insanların sayı 20 milyon nəfərə çatıb. Bu da əhalinin 70%-ni təşkil edir.
Bu barədə BMT-nin humanitar məsələlər üzrə əlaqələndiricisi Mark Loukok jurnalistlərə bildirib.
"Aclıq çəkənlərin sayı 20 milyon nəfərə çatıb ki, bu da ölkə əhalisinin 70 faizini təşkil edir", - deyə o qeyd edib. Loukokun vurğuladığı kimi, bu, 2017-ci illə müqayisədə iki dəfə artıqdır.
Onun sözlərinə görə, hazırda Yəmənə 152 dövlət yardım göstərir.
Loukok bir neşə ay əvvəl bildirib ki, Yəməndə insanlar aclıqdan yarpaq yeyirlər.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31