Le Pen: "Makron uğursuz xəttini etiraf edə bilməyib"
11 Dekabr 2018 11:58 DünyaFransanın "Milli Birlik" Partiyasının lideri Marin Le Pen ölkə prezidenti Emmanuel Makronun xalq qarşısındakı çıxışını şərh edib.
O, bununla bağlı fikirlərini "Twitter"də yazıb.
"Etirazlarla üzləşən Makron özünün vergi səhvlərindən imtina edir və bu yaxşıdır. Lakin o, (idarəetmə -red) modelinin mübahisə yaratmasını etiraf etməkdən imtina edir", - deyə o qeyd edib.
Le Penin sözlərinə görə, "bu model" altında artıq qloballaşma, qeyri-loyal rəqabəti, kütləvi immiqrasiya başa düşülməlidir.
Xatırladaq ki, "sarı jiletlilər"in etirazları fonunda xalqa müraciəti zamanı Makron Fransada fövqəladə sosial və iqtisadi vəziyyət elan edib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31