Çexiya BMT-nin konfransını boykot edib
10 Dekabr 2018 18:32 DünyaPraqa verdiyi sözə əməl edib. Ölkə nümayəndələri Mərakeşin Mərrakeş şəhərində keçirilən konfransa qatılmayıblar. Bu gün konfransda 164 ölkə BMT-nin miqrasiya üzrə Qlobal Sazişinin qəbul edilməsinin lehinə səs veriblər.
BMT-nin daha 30 üzv dövləti bu məsələdə Çexiya ilə həmrəydir.
Rəsmi Praqa hələ bir ay bundan əvvəl BMT-nin miqrasiya üzrə Qlobal Sazişini dəstəkləməkdən imtina edəcəyini bəyan etmişdi. Çexiya XİN-in mətbuat üçün açıqlamasında deyilir: "Hazırda qəbul edilən sənəddə leqal və qeyri-leqal miqrasiyanı fərqləndirəcək dəqiq təsbit yoxdur". Qurum vurğulayıb ki, qeyri-leqal miqrasiyanın arzuolunmaz hadisə olması barədə bənd Sazişdə yer almayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31