Latviya və Polşa BMT-nin miqrasiya paktını imzalamaqdan imtina ediblər

Dekabrın 10-da BMT-nin Mərakeşdə keçirilən iclasında qurumun yeni miqrasiya paktı qəbul edilib. Bu iclasda bir sıra ölkələr, o cümlədən Polşa və Latviya sənədə imza atmayıblar.

İsrail, ABŞ, İsveçrə, Avstraliya, Avstriya, Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya və Macarıstan da sazişdən imtina ediblər.

Saziş miqrasiyanın bütün səviyyələrdə idarə edilməsinin bundan sonrakı inkişafının əsasını təmin edir, qlobal miqrasiyanın koordinasiyasına, miqrant və qaçqınların hüquqlarının möhkəmlənməsinə yönəldilib.

AZƏRTAC 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31