Senator Berni Sanders ABŞ-da keçiriləcək 2020-ci il prezident seçkilərində iştirak edəcək
27 Noyabr 2018 15:34 DünyaABŞ-ın Vermont ştatından senator Berni Sanders 2020-ci il prezident seçkilərində iştirak etmək niyyətindədir.
Bu barədə 77yaşlı senator "New York Magazine"ə müsahibəsində məlumat verib.
"Trampın bu işin öhdəsindən məndən daha yaxşı gələcəyi məlum olarsa, onda onun qələbə çalması üçün var-gücümlə çalışacağam. Əgər Trampa qalib gəlmək üçün ən güclü namizəd mən olsam, onda, yəqin ki, namizədliyimi irəli sürərəm", - deyən senator hər səhər yuxudan prezident olmaq arzusu ilə oyandığını bildirib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31