ABŞ Rusiyanın addımlarını qınayır

ABŞ-ın BMT-dəki Daimi Nümayəndəsi Nikki Heyli Ukrayna gəmilərinin Rusiyanın Kerç körfəzində saxlanılmasını beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması olaraq xarakterizə edib. BMT Təhlükəsizlik Şurasının bu mövzuya həsr edilmiş təcili iclasında çıxış edən Heyli bildirib ki, beynəlxalq ictimaiyyət bu addımı qınamalıdır.

Diplomat, ABŞ-ın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini vurğlayıb.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31