Nikol Paşinyan: "KTMT-də kimə bel bağlayacağımızı bilməliyik"

"Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkialtının (KTMT) üzv ölkələri bir-birinə qarşı müttəfiqlik öhdəliklərini dəqiqləşdirməlidir". Bunu Vanadzor şəhərindəki mitinq iştirakçıları qarşısında Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.

"Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkialtının (KTMT) üzv ölkələri bir-birinə qarşı müttəfiqlik öhdəliklərini dəqiqləşdirməlidir".

Bunu Vanadzor şəhərindəki mitinq iştirakçıları qarşısında Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.

"Bildiyiniz kimi, son vaxtlar KTMT-də qızğın müzakirələr gedir. Bəli, bu müzakirələrin hədəfi üzv ölkələrin bir-birinə qarşı hansı öhdəliklər daşıdığına aydınlıq gətirməkdir. Biz kimə bel bağlayıb-bağlamayacağımızı nəhayət ayırd etməliyik", -  o vurğulayıb.

N.Paşinyanın sözlərinə görə, Ermənistan üçün "müqaviləyə əsasən Ermənistanın müttəfiqi sayılan bəzi ölkələrin bizə o qədər də dost olmayan qonşumuza silah satmaları bir qədər müəmmalıdır... Bu məsələni müttəfiqlərimizlə müzakirə etməyi səmimi qəlbdən istərdik".

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31