Moskvada məktəbdən 300 nəfər təxliyə olundu - Bomba həyəcanı
Moskvada orta məktəblərin birində 300 nəfər təxliyə olunub. Buna məktəbə bomba qoyulması barədə anonim zəng səbəb olub.
27 Noyabr 2018 14:27 DünyaMoskvada orta məktəblərin birində 300 nəfər təxliyə olunub.
Buna məktəbə bomba qoyulması barədə anonim zəng səbəb olub.
Polis bildirib ki, zəngdən dərhal sonra məktəb binasında axtarışlar başlayıb. Axtarış müddətində 300 şagird və müəllim yaxınlıqdakı məktəbə keçirilib.
Axtarışlardan sonra məlumatın yalan olduğu məlum olub. Hazırda polis zəng edənin şəxsiyyətini müəyyənləşdirməyə çalışır.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31