İtaliyada daha bir ƏMƏLİYYAT - Apuliyada həbslər

İtaliya hüquq-mühafizə orqanları Apuliya vilayətində əməliyyat keçirib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qrupa qarşı keçirdiyi əməliyyat çərçivəsində 41 nəfər saxlanılıb.

Saxlanılanların 30 nəfəri nəzarət altına alınıb, 11 nəfər isə ev dustağı edilib.

Məlumata görə, saxlanılan dəstə narkotiklərin Albaniyadan tədarükü ilə məşğul olurmuş.

Dəstə qanunsuz silah saxlamaqda da ittiham olunur.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31