"Ukraynanın heç kimlə müharibə etmək niyyəti yoxdur"
27 Noyabr 2018 12:27 Dünya"Ukraynanın heç kimlə müharibə etmək niyyəti yoxdur".Bu sözləri Ukraynanın dövlət başçısı Petro Poroşenko parlamentdə açıqlama verərkən deyib
"Hərbi vəziyyət döyüş deyil. Ukraynanın heç kimlə müharibə etmək niyyəti oxdur. Hərbi vəziyyət ölkənin müdafiəsini gücləndirmək üçün lazımdır",- deyə dövlət başçısı söyləyib.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası Rusiyanın Kreç körfəzində Ukrayna gəmilərinə atəş açdığı üçün ölkədə 60 günlük səfərbərlik elan edilməsini məsləhət görüb. Dövlət başçısı Petro Poroşenko bu müddətin 30 günə endiriliməsini təklif edərək, qərarını məclisə təklif edib. Parlamentin təsdiqindən sonra saat 09:00-dan ölkədə hərbi vəziyyət elan olunacaq.
Hərbi vəziyyət yalnız Zaporoje, Luqansk, Donetsk, Vinnitsa, Nikolayev, Odessa, Summin, Xarkov, Çerniqov, Xerson vilayətləri, Qara dəniz və Azov dəniz sularında tətbiq olunacaq.
Ukraynadakı qaydalara əsasən hərbi vəziyyət elan edilməsi fərdlərin və ev təsərrüfatlarına aid axtarışlar aparlmasına, tətillər, nümayişlər və kütləvi informasiya vasitələrində seçki qadağalarını tətbiq etməyə imkan verir. Hərbi vəziyyətdə fiziki və hüquqi şəxslərin əmlakları müsadirə oluna bilər, ölkədən yaşayan yerli və xarici ölkə vətəndaşlarına müxtəlif məhdudiyyətlər tətbiq oluna, işçilərin hüquqları azaldıla bilər.
Ukrayna qaydaları hərbi hücum yaxud ölkə ərazisinin bütövlüyünə və müstəqilliyinə istiqamətlənən təhdidlərin olduğu halda hərbi vəziyyətin elan olunmasını nəzərdə tutur. Hərbi vəziyyət elan edildikdən sonra ölkədə yaradılan müvəqqəti hərbi adminstrasiyanın rəhbərləri Prezident tərəfindən müəyyənləşdirilir. Hərbi vəziyyət dövründə hərbi adminstrasiya komendantları insanların qəsəbələrə girişinə və çıxmasına nəzarət etmək, vətəndaşların səyahət etmək hüququnu məhdudlaşdırmaq səlahiyyətinə malikdir. Vətəndaşların şəxsi əşyaları və vaşayış yerləri icazəsiz axtarış edilə bilər.
Qanunlara görə hərbi rəhbərlik, Ukraynanın suverenliyini və milli təhlükəsizliyini təhdid etmələri halında, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının fəaliyyətlərini də məhdudlaşdıra bilər.
Hərbi vəziyyət qanunvericiliyi dövlətin maraqları istiqamətində xüsusi mülkiyyətə və ya ictimai istifadəyə əl qoyulmasına da imkan verir.
Seçkilər ləğv edilə bilərmi?
Qanunlar, hərbi vəziyyət zamanı ölkədə seçkilərin və Referendumlar təşkil edilməsini qadağan edir. Əgər hərbi vəziyyət seçki tarixi ilə toqquşursa, hərbi vəziyyətin sona çatmasının ardından parlamentin 90 gün içində yeni seçki tarixini təyin etməsi lazımdır.
Qanuna görə, seçki kampaniyası 2018-ci il dekabrın 31-dən başlayacaq. Beləliklə, 30 gün davam edən hərbi vəziyyət, uzun müddətli olmadığı təqdirdə, seçkilərin həmin tarixdə keçirilməsinə mane ola bilməz.
SİA