Dominikan Respublikasında vertolyot qəzası nəticəsində avropalı turistlər ölüb

Dominikan Respublikasında baş vermiş vertolyot qəzası nəticəsində Fransa və İsveçrədən olan turistlər, həmçinin yerli pilot həyatını itirib.

Bu barədə "Primera Ora" nəşri məlumat yayıb.

Portal yazır ki, ölənlər arasında isveçrəli memar Jan-Pyer Emeri də var.

Dominikan Respublikasında bir neçə gün əvvəl də ölümlə nəticələnən vertolyot qəzası baş vermişdi.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31