NASA "InSight" zondunun Marsda çəkdiyi ilk şəkilləri göstərib - VİDEO

NASA "InSight" kosmik zondunun Marsda çəkdiyi ilk fotoşəkili dərc edib.

Zond "Qırmızı planet"in səthinə noyabrın 26-da eniş edib. Aparat Elizey dağlıq ərazisinə enib.

"İnanılmaz uğur!", - ABŞ-ın vitse-prezidenti Mayk Pens "Twitter" səhifəsində yazıb.

Fotoşəkildə toz hissəcikləri və Mars planetinin üfüqü görünür. Yayım zamanı kosmik aparatın bütün sisteminin normal fəaliyyət göstərdiyi qeyd edilib.

Xatırladaq ki, ABŞ zondları Marsda səkkizinci dəfə araşdırma aparırlar.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31