İranda qaz boru kəməri partlayıb

İranın Əndimeşk rayonunda qaz boru kəmərində partlayış baş verib.

Bunu Xuzistan vilayəti, Əndimeşk rayonunun qubernatoru Peyman Cahangiri deyib.

Onun sözlərinə görə, hadisə ötən gecə saat 03:00 radələrində Bidrubə şəhərinin Baqlekar məntəqəsində baş verib.

Cahangiri deyib ki, partlayışdan sonra yanğının alovu ətrafı bürüyüb. Yanğınsöndürmə əməkdaşları yanğının söndürülməsi üçün əməliyyata başlayıblar. Hadisə nəticəsində ölən olmayıb.

Hadisənin səbəbləri araşdırılır.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31