"ABŞ dünyada uğursuzluğa düçar olur" – Fransız ekspert

ABŞ-ın bir tərəfdən Rusiya, Suriya və İran, digər tərəfdən isə Səudiyyə Ərəbistanı ilə bağlı sərgilədiyi ikili standartlar bu ölkəni dünya arenasında etibarsızlaşdırır və uğursuzluğa düçar edir.

Bu sözləri fransalı politoloq Aleksandr Del Valle deyib.

O bildirib ki, Vaşinqton Rusiya və Suriyaya qarşı daim yeni sanksiyalar tətbiq edib, İranla bağlı isə köhnə sanksiyaları bərpa etməklə yanaşı, Səudiyyənin Yəməndə etdiyi zülmlərə səssiz qalır:

"11 sentyabr hadisələri belə Ər-Riyadla Vaşinqton arasındakı münasibətləri pozmadı. Lakin ABŞ Ukrayna ilə bağlı zidd mövqe sərgiləyərək, hər şeyin günahını Rusiyada görür. Hətta Qaşıqçı cinayəti və Yəmən bombardmanlarında da Ər-Riyada sanksiya tətbiq edilmədi. Qaşıqçı cinayəti Səudiyyə rəsmilərinə təsir etmədi".

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31