“The Independent”: Böyük Britaniya hökumətinin “Brexit”lə bağlı iclası ləğv edilib

Böyük Britaniyanın Baş naziri Tereza Mey hökumətin, ölkənin Avropa İttifaqından (Aİ) çıxmasının ("Brexit") təsdiqlənəcəyi təcili iclasını ləğv edib. 

Bu barədə "The Independent" nəşri yazıb. 

Məlumatda bildirilir ki, hökumət başçısının ofisi "Brexit"lə bağlı razılaşma sənədinin hazırlanmasını çatdıra bilməyib.

"Həmin sənəd Aİ-nın növbəti zirvə sammitinə qədər təsdiqlənməyə bilər. Bu halda rəsmi London "bahalı" "Brexit"ə hazırlaşmalı olacaq", - yazıda qeyd olunub. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31