Yaponiyada turistlərə Wi-Fi vasitəsi ilə nəzarət edəcəklər
12 Noyabr 2018 11:22 DünyaYaponiyanın Kioto şəhərində turistlərin sayını proqnozlaşdıran, ona nəzarət edən, həmçinin məşhur məkanlarda ziyarətçilər axınını idarə edən yeni sistem yoxlanışdan keçiriləcək.
Bu ölkənin turizm nazirliyi və Turizm Assosiasiyasının pilot layihəsidir.
Layihə populyar məkan Arasiyama üçün nəzərdə tutulub. Arasiyama orta əsrlərdən gözəl mənzərələri ilə məşhurdur.
İlk dəfə Arasiyamanın 8 rayonunda "tıxac" proqnozları onlayn rejimdə, aktiv Wi-Fi siqnallarını izləyən ötürücülər əsasında yenilənəcək.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31