Dəhşətli qatar qəzası: 40 ölü
12 Noyabr 2018 10:27 DünyaKonqo Demokratik Respublikasının şərqindəki bir yük qatarı relslərdən çıxıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində ən azı 40 adam ölüb.
Hadsə Kindu və Kamina şəhərləri arasında baş verib. Milli Dəmir Yolu Təşkilatı qəzanın səbəbinin müəyyənləşdirilməsi üçün araşdırmanın aparıldığını açıqlayıb.
Qeyd edək ki, ölkədə dəmir yolu infrastrukturunun inkişaf etməməsi qəzaların tez-tez baş verməsinə səbəb olur. Ötən il baş verən bir qəzada 35 nəfər həyatını itirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31