Jurnalistin cəsədini belə yox ediblər – Türkiyə açıqladı

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) müşaviri Yasin Aktay Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçı ilə bağlı sensasiyalı iddia ilə çıxış edib.

Yasin Aktay səudiyyəli jurnalistin cəsədini doğradıqdan sonra əridildiyini bildirib.

O deyib:

"Bizdə Qaşıqçının cəsədinin parçalandığı məlumatı vardı. Lakin indi görürük ki, təkcə onun cəsədi parçalanmayıb, həm də əridərək yox edilib. Ən son məlumata görə, cəsədin parçalanmasının əsas səbəbi onu asanlıqla yox etmək olub. Cinayətə dair iz qoymamaq üçün belə ediblər".

Yasin Aktyan qarşı tərəfin Türkiyə Baş Prokurorluğu tərəfindən irəli sürülmüş bu ittihama cavab verə bilmədiyini diqqətə çatdırıb: "Kamera görüntülərinə düşən yerə getdik, amma cəsədi tapa bilmədik. Camal Qaşıqçı başına gələcək bu dəhşətli hadisədən xəbər tutsaydı, konsulluğa gedərdi?"

Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31