Rusiya Qremingeri dəstəklədiyini açıqladı

ATƏT-də reformların zamanı çoxdan çatıb.

Bunu ATƏT-in Baş katibi Tomas Qremingerlə görüşü zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, bu reformlar ATƏT-in fəaliyyətində mövcud olan disbalansı düzəltmək, təşkilatı obyektiv və qərəzsiz etmək üçün önəmlidir.

O, Rusiyanın Qremingerin ATƏT-də pozitiv gündəm formalaşdırılması üçün atdığı addımları dəstəklədiyini bildirib.

Lavrov həmçinin ATƏT-in Dağlıq Qarabağ konfliktinin həlliylə bağlı səylərini də yüksək qiymətləndirib.

"ATƏT-in Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin nizamlanmasındakı, Cənubi Qafqazda sabitliyə dair Cenevrə müzakirələrindəki səylərini, eləcə də ATƏT-in Balkanlardakı fəaliyyətini müsbət qiymətləndirdik. Minsk razılaşmasının tam və ardıcıl yerinə yetirilməsinin alternativsizliyinə əsaslanaraq, Ukraynanın şərqində siyasi həll prosesinin perspektivlərini ətraflı müzakirə etdik".

AXAR.AZ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31