Polşa vətəndaşını 4 il qul kimi saxlayan britaniyalı cütlük həbs olunub

Böyük Britaniyadan olan cütlük polşalı kişini 4 il qul vəziyyətində saxlayıb.

56 yaşlı universitet müəlliməsi Pritpal Binning və onun 54 yaşlı həyat yoldaşı Palvinder Binning 4 il ərzində insanı qul şəraitində saxlamaqda şübhəli bilinərək həbs olunublar. Bununla yanaşı Binning ailəsinin imkanlı olduğu və evlərinin qiymətinin 1,2 milyon funt-sterlinq həcmində qiymətləndirildiyi qeyd edilir.

Zərərçəkən şəxs tibb müəssisəsinə gələrək yemək müqabilində işləməyə məcbur olduğunu bildirdikdən sonra polis həmin evdə axtarış aparıb.

Polisin insidentlə bağlı başladığı təhqiqat davam edir.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31