"İranın nüvə silahı, Fransada cinayət törətməsi..." – Zərif

İsrail və MOSSAD İranla imzalanan nüvə razılaşmasına sabotaj cəhdləri edirlər.

Bu sözləri Tvitter səhifəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif paylaşıb.

"MOSSAD apreldə ABŞ Prezidenti Donald Trampın nüvə razılaşmasından çıxdığını elan etməsindən az əvvəl İranda nüvə silahı aşkarladığını bəyan etdi, həmçinin, Həsən Ruhaninin Avropa səfərindən az öncə guya Fransada İranın nəsə planlaşdırdığını açıqladı. Bir müddət öncə isə MOSSAD Danimarkaya guya İran xüsusi xidmət orqanlarının cinayətinin qarşısını almaqda yardım etdi. Bu da Avropanın ABŞ sanksiyalarından yayınmaq üçün xüsusi maliyyə mexanizmi hazırladığı vədə ilə üst-üstə düşdü. Bunlar İranla imzalanan nüvə razılaşmasını məhv etmək üçün inanılmaz təsadüflər seriyası yoxsa MOSSAD proqramlarının sadə xronologiyasıdır?" - deyə o bildirib.

Qeyd edək ki, Zərif bundan öncə MOSSAD-ın İrana qa

AXAR.AZ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31