Paşinyanın arvadı helikopterə mindi – Əhali qəzəbləndi

Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyanın Artik şəhərinə vertolyotla səfəri yerli əhalinin təəccübünə və hiddətinə səbəb olub.

Məlumatı "İrates" qəzeti yayıb.

"Artik əhalisi son 30 ildə ilk dəfədir kiminsə şəhəri vertolyotla ziyarət etdiyini görüb. Belə ki, indiyə qədər prezident və baş nazirlərdən heç biri İrəvandan cəmi 105 kilometr məsafədə yerləşən şəhəri vertolyotla ziyarət etməyi düşünməyib. Ən maraqlısı da odur ki, Akopyan Artikə vertolyotla öz rəfiqəsinin çiyələk istixanasını ziyarət etmək və bununla ölkədə iqtisadi inkişafı öz gözləriylə görüb əmin olmaq üçün gedib" - deyə o bildirib.

AXAR.AZ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31