Türkiyə Beynəlxalq Valyuta Fondunun kreditlərindən imtina edib
8 Oktyabr 2018 00:26 DünyaTürkiyə daha Beynəlxalq Valyuta Fondunun (BVF) kreditlərindən yararlanmaq niyyətində deyil.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qızılcahamam şəhərində hakim Ədalət və İnkişaf Partiyasının fəalları qarşısında çıxışı zamanı deyib.
"Biz BVF-nin kreditlər səhifəsini bağlamışıq ki, bir daha onu açmayaq", - deyə dövlət başçısı vurğulayıb.
Türkiyə prezidenti bu bəyanatı son zamanlar Vaşinqtonla münasibətlərin, eləcə də 2016-cı ildə Ankara tərəfindən saxlanılan amerikalı keşiş Endryu Bransona görə gərginləşməsi fonunda edib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31