İnterpol prezidenti Men Xunvey istefa verib
8 Oktyabr 2018 00:24 Dünyaİnterpolun qanunu pozmaqda şübhəli bilinərək Çində saxlanılan prezidenti Men Xunvey istefa verib.
Bu barədə məlumat beynəlxalq polisin "Twitter" səhifəsinə yerləşdirilib.
"Bu gün, oktyabrın 7-də, İnterpolun Fransanın Lion şəhərindəki Baş Katibliyi cənab Men Xunveydən İnterpol prezidenti postundan istefa verməsi barədə ərizə daxil olub, o dərhal qüvvəyə minir", - deyə bəyanatda bildirilir.
Hazırda Cənubi Koreya vətəndaşı Kim Yonq Yanq prezidentin vəzifələrinin icraçısı təyin edilib. Yeni prezident noyabrda Dubayda Baş Assambleyanın iclasında seçiləcək.
report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31