Türkiyədə partiya sədrinin evinə basqın oldu – Qarşıdurma
5 Oktyabr 2018 20:35 DünyaTürkiyənin "İYİ" partiyasının sədri Maral Akşenerin evinə basqın olub.
Partiya sədrinin İstanbulda Bəylərbəyi bölgəsində olan evinin qarşısında bir qrup Milliyətçi Hərakat Partiyasının tərəfdarları toplaşaraq Dövlət Baxçalının lehinə şüarlar səsləndiriblər.
Bundan xəbər tutan "İYİ" partiyasının üzvləri dərhal hadisə yerinə gəliblər və hər iki qruplaşma arasında qarşıdurma yaşanıb.
Faktla bağlı artıq İstanbul polisi 11 nəfər saxlayıb.
Araşdırmalar davam edir.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31