Bərzani Nobel alan kürd haqda danışdı

İraq Kürd Muxtar Vilayətinin Baş naziri Neçirvan Bərzani bu il Nobel Sülh Mükafatına layiq görülmüş kürd əsilli fəal Nadya Muradı təbrik edib.

Neçirvan Bərzani bu mükafatın təkcə ona yox, bütün kürd xalqına verildiyini deyib.

"Nadya xanım Murad, sizi Nobel Sülh Mükafatına layiq görüldüyünüzə görə təbrik edirəm. Aldığınız bu mükafat bizim və bütün kürd xalqının sevincidir. Bu mükafat ilə siz ailənizin və bütün kürd qardaşlarımızın çəkdiyi əziyyətləri az da olsa, unutdurursunuz. Bu, bütün kürd xalqına verilən bir mükafatdır".

Qeyd edək ki, bu il Nobel Sülh Mükafatına həkim Denis Mukvege və fəal Nadya Murad layiq görülüb. Hər iki şəxs cinsi zorakılıqlara son qoymaq təşəbbüsünə görə bu mükafata sahib olublar.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31