“Qapımız Tiflis üçün açıqdır” – NATO Rusiyanı geri çəkilməyə çağırdı

Bir gün Gürcüstan NATO-ya üzv olacaq.

Bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

O, alyansın qapılarının həmişə Tiflis üçün açıq olduğunu bildirib:

"NATO-dakı müttəfiqləri Gürcüstanın, xüsusilə də, təhlükəsizlik və müdafiə sahələrində apardığı islahatlardan razıdır".

Stoltenberq NATO-nun Gürcüstanın suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edərək, Rusiyanı işğal etdiyi Abxaziya və Cənubi Osetiyadan geri çəkilməyə çağırıb.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31