Saturn ətrafındakı halqa yoxa çıxacaq – Araşdırma

Yaxın gələcəkdə kosmik buzların hissələri əriyərək atmosferə yayılacaq.

Saturn ətrafındakı halqa qar kimi əriyərək yox olur.

Qaz və buz parçalarından ibarət olan həmin halqa saniyədə 4,6-45 ton aralığında çəki itirir və duman şəkilində atmosferə dağılır.

Astrofiziklərin hesablamalarına əsasən, atmosferə daha yaxın olan qaz təbəqəsinin tamamilə yox olması üçün 7 ildən 66 min ilə qədər vaxt tələb olunur.

"Science" jurnalının məlumatına görə, halqa yalnız buz və qazdan deyil, həm də metan, azot və kömürdən də təşkil olunub

Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31