Berlində sürücü avtomobil insanların üzərinə sürüb

Almaniyanın Berlin şəhərinin Şarlottenburq rayonunda sürücü avtomobili insanların üzərinə sürüb.

Berlinin yanğın xidmətinin məlumatında minik avtomobilinin hələlik bilinməyən səbəblərdən insan kütləsinin üzərinə doğru hərəkət etdiyi, nəticədə azı 5 nəfərin yaralandığı bildirilib.

Minik avtomobilinin sürücüsü fövqəladə hallar xidməti personalı tərəfindən nəqliyyat vasitəsindən çıxarılıb. Yaralılara təcili tibbi yardım göstərilib, onları yaxınlıqdakı xəstəxanalara aparıblar.

REPORT

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31